Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

Rusiyada polis əməliyyat keçirdi: "Azərbaycanlılar tutuldu"

Rusiya polisi Lısvada azərbaycanlılardan ibarət narkotik alveri ilə məşğul olan dəstəni saxlayıb.

Əməliyat-axtarış tədbirləri nəticəsində yeddi nəfər tutulub.

Narkobiznesin təşkilatçısı olan Azərbaycan vətəndaşı heroini Permdə əldə etdikdən sonra satış üçün Lısvaya gəlib. Dəstə başçısı burada satış şəbəkəsi quraraq müəyyən insanlar vasitəsi ilə narkotiki satdırırmış.

Dəstə üzvləri şəhərin bir çox yerlərində, o cümlədən avtomobil yollarında narkotik şatışını təşkil edirmiş.

Sonrakı operativ-axtarış tədbirləri nəticəsində qadağan edilmiş maddənin satış şəbəkəsinin rəhbəri ilə birbaşa əlaqəli olmuş şəxslər saxlanılıb. Lısvanın mərkəzi küçələrindən birində saxlanılan avtomobildə ata və oğula məxsus siqaret qutusunda 30 qram heroin aşkar edilib.

Heroinin satışının reallaşdırmasında azərbaycanlının daha bir şəriki ər-arvad yaxalanıb. Onların evinə baxış zamanı 300 qram narkotik götürülüb.

Qadağan edilmiş maddənin satış şəbəkəsinin təşkilatçısının evində axtarış zamanı Rus sobasında saxlanılan 150 qram heroin aşkar edilib. Narkotiki qurutmaq üçün qəzetə büküblər. Saxlanmış şəxslərin hamısı narkotik maddə istifadə edirlər./ans/
787 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP