Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

Ramazan Kadırov terrorçuların evlərinə od vurdurub

Yaraqlıların Qroznıya qəfil hücumundan sonra Çeçenistanda naməlum maskalılar yaraqlıların və onların qohumlarının evlərinə od vurmağa başlayıb.

Bu, Çeçenistan rəhbəri Ramzan Kadırovun terrorçuların evlərinin dağıdılacağı barədə xəbərdarlığından sonra baş verir.

“Əgər Çeçenistanda yaraqlı polis əməkdaşını və ya başqa adamı qətlə yetirirsə, onun ailəsi dərhal Çeçenistandan qovulacaq, evi fundamentindən söküləcək” - deyə Kadırov bildirib.

“Kavkazskiy uzel” xəbər verir ki, maskalılar azı 4 evi yandırıb. Belə hadisələrdən biri Açxoy-Martan rayonunda baş verib. 14 maşınla gələn maskalılar yaraqlıların qohumlarının evlərinə soxulub və sakinləri çölə çıxarandan sonra tikililərə od vurublar.

Yandırılan evlərdən birinə partlayıcı da qoyulub. Qonşular bildiriblər ki, maskalılar yanğını söndürməyə imkan verməyiblər.

Onların Çeçenistanın güc strukturlarının əməkdaşları olduğu təxmin edilir.

“Dekabrın 7-də kəndə bir qrup maskalı adam gəldi. Onlar heç bir izahat vermədən ailələri evdən qovdular və evə od vurdular. Gələnlər ancaq evlər tamam yanıb qurtarandan sonra kəndi tərk etdilər” - deyə Açxoy-Martan rayonunun sakinləri bildirib.

Sakinlərdən biri evlərin necə yandırıldğını göstərən videokadrları YouTube-də yerləşdirib./ans/
839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı