Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

Murad Ədilovun səhhəti ağırlaşıb

AXCP fəalının vəkilləri müdafiə hüququnun kobud pozuntusundan şikayətlidir

“Murad Ədilovun müdafiə hüququ kobud formada pozulur. Bunu ona əsasən bildirirəm ki iki həftədir istintaqı aparan oprqana və prokurorluğa ünvanladığımız vəsatət və müraciətlər cavablandırılmır. Bu isə müdafiə tərəfinin əlıverişsiz əziyyətə salınmasıdır”-bu fikirləri “Azadlıq” qəzetinə hazırda Kürdəxanı təcridxanasında saxlanılan AXCP üzvü Murad Ədilovun vəkili Yalçın İmanov deyib.

Əldə edə bilmədikləri vəsatətlər barədə vəkil deyib ki, onlardan biri Murad saxlanılarkən işgəncəyə məruz qalmasına dairdir. “ O zaman Prokurorluq Murada verilən işgəncəni araşdırmağa başladı. Sonda cinayət işinin başlanmasının rədd olunması haqda qərar verdilər, bildirdilər ki, cinayət tərkibi yoxdur. Lakin, bu qərar nə Muradın özünə verilib, nə də onu müdafiə edən üç vəkilin hər hansına. Yalnız Murada bu qərarı müşayətedici məktub veriblər” . Bu halı kobud qanun pozuntusu adlandıran vəkil deyir ki, qərarı əldə edə bilmədiklərindən ondan şikayət də edə bilmirlər. Halbuki, ayrıca məktubla baş prokrorluğun idarə rəsi Kamal Qılıncova iki həftədir qərarın surətinin göndərilməsi xahiş olunub.

Daha bir cavablanmayan vəsatət Murad Ədilovun evinə baxış qərarı ilə bağlıdır. Vəkil deyir ki, avqustun 11-də Sabirabad rayonun Xəlfəli kəndində Muradın yaşadığı evdə axtarış aparılıb. Axtarış qanunla qərar əsasında olmalıdır. Müdafiə tərəfi bu qərarı əldə edib onu mübahisələndirmək niyyətindədir.

Lakin, yenə də iki həftədir müraciət edilməsinə baxmayaraq istintaq həmin qərarı təqdim eləmir.

Murad Ədilovun verdiyi məlumata görə onun səhhətində də problem yaranıb. O, ötən gün telefon danışığında uzun müddətdir böyürək ağrılarından əziyyət çəkdiyini deyib, eləcə də qollarında keyimənin başladığını bildirib. Vəkil deyib ki bu həftə təcridxana rəhbərliyi qarşısında Murad Ədilovun müainə olunması ilə bağlı məsələ qaldırılacaq.

Xatırladaq ki, AXCP Sabirabad şöbəsinin üzvü Murad Ədilov avqustun 11-də şərlənərək həbs edilib. Saxlanarkən o amansız işgəncələrə məruz qalıb. Muradı həbs edənlər bunun qardaşı Natiq Güləhmədoğlunun ictimia-siyasi fəaliyyətinə görə olduğunu gizlətməyiblər.
739 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...