Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Balta ilə silahlanmış uyğurlar polis idarəsinə hücum etdi

Hücum edənlərin hamısı güllələnib

Çinin Sincan uyğur bölgəsində balta ilə silahlanmış 9 nəfər polis idarəsinə hücum edib.

Virtualaz.org Çinin rəsmi xəbər agentliyi “Xinhua” tərəfindən yayılmış məlumata istinadla xəbər verir ki, hücum edənlərin hamısı güllələnib. Hücum edənlərin hamısının uyğurlar olduğu bildirilir.

Bu hücum nəticəsində iki polis həlak olub, daha ikisi yaralanıb. Hücum ölkənin qərbindəki Kaşqar şəhəri yaxınlığında baş verib. Hücumun motivləri haqda məlumat verilmir.

Sincan əyalətində 9 milyon uyğur türkü yaşayır, lakin son vaxtlar bölgəyə yerləşən çinlilər üzündən onlar əhalinin 45 faizini təşkil edirlər. Etnik çinlilərin uyğur bölgələrinə köçürülməsi onların mədəniyyətinə və ənənələrinə zərbə vurur.

Çin hakimiyyəti isə uyğurları ekstremizmdə günahlandırır. Sincan əyalətində çinlilərlə uyğurlar arasında dəfələrlə qarşıdurma yaranıb.
1647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber