Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

“Yehova şahidləri” həbsinin gizlinləri - Foto

Azərbaycanda “Yehova şahidləri” dini icmasının üzvlərinə nəzarət gücləndirilib. Bu sektanın üzvlərinin qanunsuz təbliğat aparması hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb və son vaxtlar onlara inzibati cəzalar tətbiq olunur.

Bu xəbəri verən məlumatlı bir şəxsin sözlərinə görə, icma üzvləri qadağalar və həbslərlə tez-tez rastlaşır. Onlar İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılırlar. Buna səbəb “Yehova şahidləri”nin Azərbaycan qanunvericiliyinin əksinə olaraq hərbi xidmətdən imtinanı təbliğ etməsidir. Onlar insanın əlinə silah götürməsini günah sayırlar.

“Yehova şahidləri” dini icmasının üzvləri kitabları, təbliğat vasitələrini götürüb ev-ev gəzir, onları insanlara verib qurumu təbliğ edirlər. Qanunvericiliyə görə isə belə təbliğat qadağandır. Yaxud küçədə birini saxlayıb onu kitabları oxumağa məcbur edirlər.

Bu da psixoloji təzyiqdir. Kitabların üstünə mayka, qələm, yaxud digər həvəsləndirici vasitələr qoymaqla dini ədəbiyyat yayımı qanunla qadağandır.

İcma üzvləri Gəncə və Sumqayıtda daha çox fəallıq edirlər. Sumqayıtda sekta üzvlərinin toplaşdığı bir neçə mərkəz var. Onların sayı 300-dən artıqdır. Sektanın əsasən şəhərin 26-cı məhəlləsində və Kotecə yaxın ərazilərdəki evlərdə toplaşdığı söylənilir./axar/




824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı