Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

Bir kəndə ayrılan milyonlar və eşşəklə su daşıyan sakinlər...

Çingiz Hacıyev deyir ki, əsas problemlərindən biri su qıtlığıdır: “Vaxtında bizə burada artezian qazdılar, heç bir nəticəsi olmadı. Texniki suvarma üçün xətt çəkmək istəyirdilər, o da heç bir nəticə vermədi. Özgə də örüş sahəmiz yox, mal saxlamağa da heç imkanımız yox. Presin biri 4 manatdır. Bizə dövlət tərəfindən verilən çörəkpulu da kəsilib. Heç bir iş yeri yoxdur. Adamların hamısı evsiz-eşiksizdir... Adam var ki, 40 yaşı var, evlənməyə imkanı yoxdur. Ailə saxlamağa imkanı yoxdur. Heç bir torpaq sahəsi verilməyib. 5-10 hektar əkin yeri var, onu da bəzi “qüvvəli” adamlar əkirlər. Biz də kirimişcə qıraqda qalmışıq. Rayon mərkəzindən yolumuz uzaqdır, gedib-gələ, nəsə bir işlə məşğul ola bilmirik”.

Kənd sakinlərindən Ədalət Cəfərov deyir ki, isə kilometrlərlə gedib eşşəklə su daşıyırlar: “Bunu buradakı camaatın hamısı bilir. Köməklik edirlər, buna kömək etsinlər. Yolumuzun vəziyyəti isə bərbaddır. Təzə çəkilməsinə baxmayaraq artıq yolun çox hissəsi dağılıb. Çəkiblər, heç bir il yoxdur sıradan çıxıb”.


/virtualaz/
880 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<