Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

Yəməndə "əl-Qaidə" nin terror hücumunun qarşısı alınıb, 5 nəfər ölüb

Yəməndə ordu qərargahının yaxınlığında iki avtomobil partlayıb, beş nəfər həlak olub.

İnterAz-ın "Reuters"-ə istinadən məlumatına görə, bu barədə ölkənin təhlükəsizlik qüvvələri məlumat yayıb. "Əl-Qaidə" terror təşkilatının Ərəbistan yarımadasındakı qolu terror aktının məsuliyyətini öz üzərinə götürüb. Terror qruplaşması özünün "twitter" səhifəsindəkı açıqlamasına görə, qruplaşma sonuncu hücumda onlarla adamı öldürüb və yaralayıb.

Hadramut əyalətinin ikinci böyük şəhəri olan Seyun şəhərində baş verən terror aktı əsnasında silahlı atışma səsləri də eşidilib. Rəsmi məlumata görə, terrorçulara aid partlayıcı quraşdırılmış nəqliyyat vasitələri hərbi bazaya daxil olmazdan əvvəl hərbiçilər tərəfindən partladılıb və əsgərlər terror hücunun qarşısını almağa müvəffəq olublar.

Birinci ordu komandanlığının bazasına edilən hücumda 8 nəfər yaralanıb.
940 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...