Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Messi nəyə əsəbiləşdi?

Dünyanın ən yaxşı futbolçularından biri olan Lionel Messi zədələnməsi ilə bağlı yazılan xəbərlərdən narahat olub. Ans xarici mətbuata istinadən xəbər verir ki, argentinalı ulduz ölkəsinin “Ole” qəzetinə verdiyi açıqlamasında zədələnməsi ilə bağlı yazılanlardan narahat olduğunu bildirib:

“Bu zədəni gözləmirdim. Bir qədər əvvəl zədə almışdım. Yazılanlara çox hisrləndim. Hər bir futbolçu zədələnə bilər. La Liqada oynayan hər bir futbolçu mənim qədər meydana çıxır. Bu zədə olmalıymış və oldu. Burada başqa bir səbəb axtarmaq lazım deyil. Bir təpik, sərt bir hərəkət və zədələndim”.

Lionel Messi mətbuatda yazıldığı kimi zədələnməsinin məşq və qida proqramını dəyişdirməsi ilə heç bir əlaqəsinin olmadığını deyib:

“Hər zaman eyni məşq və qida proqramını tətbiq edirəm. Dağ boyda dedi-qodular çıxarıblar. Hər zamankı kimi yaşayıram. Mövsümün əvvəlində hər dəfə olduğu kimi, artıq çəkini atmaq üçün məşq etmişəm. Yəni məşqlərimdə heç bir şey dəyişməyib. Əgər bu illər ərzində tətbiq etdiyim məşq proramım yaxşıdırsa, bunu dəyişdirməyə səbəb görmürəm”.

Lionel Messi 2014-cü ildə keçiriləcək Dünya Çempionatında yaxşı formada olacağına əminlik ifadə edib: “Orqanizmim nə vaxt “hazırsan” dediyində yaşıl meydanlara qayıdacağam, Dünya Çempionatına da ən yaxşı şəkildə hazırlanacağam”.
1970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18