Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

Evə soxulub ana və qızına hücum etdilər

Şirvanda maskalı şəxslər evə hücum çəkib. Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, dekabrın 9-da saat 02 radələrində Maya Mirzəyevanın yaşadığı evə qapını sındırmaq yolu ilə girən maskalı şəxslər onu və qızı Sevinci bıçaqla hədələyərək evdən qızıl əşyalar götürüb hadisə yerini tərk edib.
Şirvan rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən şəhər sakini İsrail Vəliyev tutulub.
Faktla bağlı araşdırılma aparılır. Cinayətin iştirakçısı olan digər şəxslərin də tutulması üçün tədbirləri davam etdirilir./lentaz/
749 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber