Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Müdafiə sektorunda 76 itki, 89 yaralı...

Dünyalarını dəyişənlərdən 10 nəfər düşmən gülləsinin qurbanı, 66-sı isə qeyri-döyüş itkiləridir...
Azərbaycanda təhlükəsizlik və müdafiə sektorunun ümumi itkiləri 76 nəfər təşkil edib. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə itkilərimiz 76 nəfər təşkil edib.

Bu barədə məlumat verən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 89 nəfər yaralanıb və ya xəsarət alıb. Onun sözlərinə görə, müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (10 nəfər erməni gülləsindən həlak olub), 66-sı isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi liseyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 2 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərdən, 11 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib.

Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 9-u Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (89 nəfər) C.Sümərinli bildirib ki, onların 17-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 7-i intihara cəhddən, 4-ü mülki şəxslərlə davadan, 9-u erməni gülləsindən, 1 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 46-sı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar.

62 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 6 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
1844 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber