Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

Qayınana gəlinini və 6 aylıq nəvəsini öldürdü

Bakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirib.

Tükürpərdici qətl Suraxanı rayonunda baş verib. Qum adası, Zeytun bağları adlanan ərazidə kirayədə qalan, 40 yaşlı Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə fərdi yaşayış evinin həyətində olub. Qadın yerdən götürdüyü daş parçası ilə gəlininin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin zədəsi alan Elnarə Nəcəfova yerindəcə keçinib.

Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək nəvəsi 6 aylıq Emilyanı boğaraq amansızlıqla qətlə yetirib. Hadisə barədə xəbər tutan qonşular dərhal polisə məlumat veriblər.

Hadisə yerində müayinə aparıldıqdan sonra cəsədlər Suraxanı rayonu Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya şöbəsinə aparılıb. Şərqiyyə Hüseynova saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir./apa
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP