Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

Gürcüstana keçmək istəyən azərbaycanlılar yoxa çıxdı

Gürcüstandan Azərbaycana gələn iki nəfər itkin düşüb.

İtkin düşən şəxslərin qohumlarının verdiyi məlumata görə, 10 oktyabr 2014-cü il tarixində gecə saat 3-4 radələrində Qırmızı körpüdən Azərbaycandan Gürcüstana keçmək istəyən 2 nəfər - 80 yaşlı Mustafayeva Xurda və 75 yaşlı Mustafayev Gülbəyi müəmmalı şəkildə yoxa çıxıblar.

Mustafayev Gülbəyi Gürcüstan vətəndaşıdır. Onlar Azərbaycana xəstə yanına gəlmişdilər. Geri qayıdarkən Gürcüstana keçməyə icazə verilmədiyindən Azərbaycan tərəfində qalıblar. Həmin vaxtdan etibarən onlardan xəbər alınmayıb. Telefon istifadə etmədiklərindən ailələri onlardan heç bir xəbər ala bilmir.

Bu şəxslər barədə hər hansı məlumatı olan insanların aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

Türkanə Daşdəmirova

(mob):0558787397

(ev): 0124243869
/ans/
792 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP