Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

İngilislərə Qurandan təklif

Britaniya kralı və ya kraliçasının tac qoyma mərasimində Qurani Kərimdən ayələr oxumaq təklif edilib.

Bu təklifi Oksfordun keçmiş baş keşişi lord Riçard Harris irəli sürüb.

Harris qeyd edib ki, bu addım növbəti tac qoyma mərasimində iştirak edənlərin sayını artıra bilər. Nümunə kimi keçmiş baş keşiş 2013-cü ildə keçirilən Bristol kilsə yığıncağını göstərib. Həmin vaxt mərasimlərdən birində ruhanilər İncil və Quran oxumuşdular.

Bu tədbirdə islam inanclı şəhər meri və qraflığın şerifi də iştirak etmişdi.

Böyük Britaniyanın beş faiz əhalisini müsəlmanlar təşkil edirlər ki, bu da 2,8 milyondan çox insan edir. Onların sayı daim artır. Ekspertlər qeyd edirlər ki, müsəlmanlar həmçinin ölkədə daha da nüfuzlu güc olurlar və siyasi sahədə fəallaşırlar./ans/
897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber