Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

Basayevin adamının da evi yandırıldı

Qroznıda törədilmiş terror hadisəsində iştirak edən şəxslərin qohumlarının evləri yandırılmaqda davam edir.

Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Məlumatda hadisələrin 6 dekabr tarixindən etibarən qara maskalı naməlum şəxslər tərəfindən başladıldığı bildirilib. Çeçenistanın Açxoy-Martanovsk rayonunun Yandi kəndində Qroznıda öldürülən döyüşçülərdən birinin 4 qohumunun evinin yandırılmasının ardınca Kotar-Yurd kəndində Şamil Basayev tərəfindən yaradılmış “Riyad əs-Salixiyn” batalyonunun rəhbəri Aslan Byutukayevin də qohumlarının evlərinə ev vurulub.

Qeyd edək ki, bir müddət öncə çeçen mücahidləri Qroznıda Mətbuat evinə hücum etmişdilər. Hücumun məsuliyyətini “İmarət Qafqaz” təşkilatı öz üzərinə götürmüşdü. Hadisələr nəticəsində rəsmi olaraq 14 polisin öldürüldüyü, 28-nin yaralandığı bildirilmişdi.

Çeçenistan Prezidenti Ramzan Kadırov isə öz İnstaqram səhifəsində mücahidlərin doğmalarına qarşı sərt davranacağını, onların Çeçenistanda yaşamaq haqqının olmadığını bildirmişdi. Bu açıqlamanın ardınca mücahidlərin doğmalarının evlərinin yandırılması prosesi başlayıb./axar/
797 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42