Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

Ziya Məmmədovun Montoneqroda hoteli tapıldı

Nəqliyyat nazirinin «Ziya» hotelinin bir oxşarının da Praqada olduğu iddia olunur

Azərbaycanın oliqarx-məmurlarının xaricdəki bahalı villaları, əmlakları və biznesa sahələrinin olması sirr deyil. İndiyə qədər dəfələrlə belə məlumatlar yayılmaqla yanaşı, həm də təsdiqini tapıb. Xüsusən də Şərqi Avropa ölkələrində qərarlaşmış azərbaycanlı oliqarx-məmurların oralarda xeyli sayda obyektlərinin olması…

Dünən sosial şəbəkələrdə bu qəbildən olan daha bir məlumat yayılıb. Bu məlumatda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun Montoneqroda otelinin olduğu iddia edilir. Qeyd edilir ki, «Ziya» adlı bu otel nəqliyyat nazirinə məxsusdur və onun şərəfinə belə bir ad qoyulub.

Yayılmış fotolardan da aydın görünür ki, sözügedən hotel müasir standartlara uyğun tiklib və Avropanın aparıcıları sırasında yerə ala biləcək səviyyədədir. Bundan başqa, hotelin rəsmi internet səhifəsi də üzə çıxıb və www.hotel-ziya.me/montenegro/about.php-dir. Burada hotelin Montoneqroda, Podqoritsa şəhəri, Beoqradska küçəsi 10-da yerləşdiyi qeyd olunub.

Maraqlı məqamlardan biri də odur ki, Ziya Məmmədovun Avropadakı otellərinin təkcə Monioneqroda olmadığı vurğulanır. Bununla bağlı xəbər verən sosial şəbəkə istifadəçiləri bildirirlər ki, eyni adlı olmasa da, nəqliyyat nazirinin olduğu tam dəqiqləşdirilmiş bir oteldə Praqa şəhərində fəaliyyət göstərir. Həmin otelin sahibi isə elə nazirin qardaşı oğludur./jam/az/


827 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:09