Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

Zaqatala sakini özünü asıb

Zaqatalada intihar hadisəsi baş verib.

Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, Masex kənd sakini, 1972-ci il təvəllüdlü Nuru Məmməd oğlu Ramazanov ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılmış vəziyyətdə aşkarlanıb.

Ailəli və bir övlad atası olan N. Ramazanovun hansı səbəbdən intihar etdiyi dəqiq məlum olmasa da, son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./apa/
928 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01