Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

“Qarabağ” - “İnter”

Bu gün Avropa Liqasının qrup mərhələsinin VI turuna start veriləcək.

Qrupun yekun qarşılaşmaları ilə 1/16 finalın son vəsiqələrin sahibləri bəlli olacaq.

Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da meydana çıxacaq. Ağdam klubunun taleyinə bu görüşdə aydınlıq gələcək.

Belə ki, F qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri son sınaq qarşısında “İnter”lə üz-üzə gələcək. 1/16 final yolunda son addımını atmağa çalışacaq təmsilçimizə bu oyunda istənilən hesablı qələbə də kifayətdi. Hazırda turnir cədvəlinin 2-ci pilləsində yer alan “Qarabağ” qalib gəlsə, Ukraynada yerli “Dnepr”lə Fransa “Sent-Etyen”inin oyununun 1/16 final baxımından heç bir əhəmiyyəti qalmayacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayaacq. Oyunu isə çexiyalı hakim Mioslav Zelinka idarə edəcək.
1045 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP