Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

Nardaran sakinləri etiraza qalxdı - Foto

«Bizim kəndə işıq vermirlər, qaz yoxdur. Bu qışın soyuğunda evlərimizi isidə bilmirik. Danışıqlar da nəticə verməyəndən sonra kənd camaatı etiraz aksiyası keçirdi».
 
Bunu "Azadlıq" radiosuna Nardaran kənd sakini Hacı Natiq Kərimov deyib. 
 
Dekabrın 8-də Nardaran kənd sakinləri mərkəzi meydanda etiraz aksiyası keçirib. Onlar kənddə kommunal problemlərə, özəlliklə son günlər elektrik enerjisinin fasilələrlə verilməsinə diqqət çəkiblər. Natiq Kərimov bildirib ki, son 2 gündə işıq problemi həll olunub: «Azı bir həftədir kəndin işıqlarını kəsiblər. Sutkada 6-7 saat fasilələrlə işıq verilir. Qalan vaxtlar işıqları kəsirlər. Amma kəndəki boş villalarda çıl-çıraqlar yanır. Bizim etiraz aksiyasından sonra hələ ki, bütün gün işıqlar verilir. Biz də çalışacayıq imkanımız daxilində elektrik enerji haqqını ödəyək».
 
Kəndlilərin həm elektrik, həm də qaza xeyli borcları var. N. Kərimov deyir ki, qaz idarəsi ilə danışıq aparıblar, kənd məhəllə-məhəllə qazla təmin edilir: «Düzdür, mənim yaşadığım məhəllədə hələ qaz yoxdur. Amma digər məhəllələr qismən qazla təmin olunur. Əsas problem işlizlikdir. Gənclərimiz əli cibində boş-bekar gəzirlər. Biz bu haqda azı 10 ildir danışırıq. Yenə əvvəllər kəndlilər Rusiyaya, Türkiyəyə alverə gedirdilər. İndi vəziyyət pisdir. Kənddə də su verilmir ki, camaat əkin-biçinlə məşğul olsun. Bizim əhalinin sosial durumu çox pisdir. Vəziyyət heç yaxşı deyil. Əgər camaat hardasa işləsəydi kommunal xərclərini də ödəyərdi. Yoxsa, bizə hansısa güzəşt olunmasa biz borcumuzu ödəyə bilmərik».
 
On minə qədər sakini olan Nardaranda 1500-dən çox abonent var. Onların da hardasa 500 abonenti internetdən istifadə edir.
 
 
 
970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25
İsr