Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

Kərbəlada planlaşdırılan bir neçə terror aktının qarşısı alınıb

"Ərbəin" günü ilə əlaqədar Kərbəla istiqamətində hərəkət edən zəvvarara qarşı “İslam Dövləti” terror təşkilatı tərəfindən planlaşdırılan bir neçə terror aktının qarşısı vaxtında alınıb.

İnterAz-ın “SumariyaNews”a istinadla verdiyi xəbərə görə, bu barədə İraqın Malik Əştər adlı könüllü hərbi briqadasının komandiri məlumat verib.

Bildirilib ki, "İŞİD" öz hücumlarını Kərbəla və Babil əyaləti ərazisində həyata keçirmək istəyib, lakin, buna nail ola bilməyiblər.

Qeyd edək ki, İmam Hüseynin (ə) şəhid edilməsinin qırxıncı günü (Ərbəin) şənbə gününə təsadüf edir. İraq hökuməti "Ərbəin" ərəfəsində Kərbəlaya 10 milyondan çox zəvvarın gələcəyini təxmin edib.
863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38