Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

Fələstində nazirin qətli ilə əlaqədar 3 günlük matəm elan olunub

Fələstin muxtariyyətinin lideri Mahmud Abbas ötən gün İsrail təhlükəsizliik qüvvələri tərəfindən zor tətbiq edilən və sonradan dünyasını dəyişən Qanunsuz Yaşayış Massivlərinə qarşı Mübarizə nazirliyinin rəhbəri Ziyad Əbu-Eyniyə görə 3 günlük matəm elan edib.

İnterAz-ın Fələstin mətbuatına istinadən məlumatına görə, Rəmallah və əl-Birə regionlarının rəhbəri Leyla Qənnam da bu münasibətlə üç günlük rəsmi matəm elan edib. Onun sözlərinə görə, İsrailin naziri hədəfə alması bütün dünyaya qarşı müharibə deməkdir.

Xatırladaq ki, dünən fələstinli nazir Ramallahda yəhudi yaşayış massivlərinin inşası və zeytun ağaclarının yəhudilər tərəfindən kəsilməsi ilə bağlı keçirilən aksiyada iştirak edən zaman İsrail təhlükəsizlik qüvvələri ona qarşı zor tətbiq ediblər. Yayılan video görüntülərdə israilli zabitin Ziyad Əbu Eynin boğazından yapışaraq sıxması və onu itələməsi əks olunur. Bundan sonra halı pisləşən nazir yerə yıxılır. O, yaxınlıqdakı xəstəxanaya aparılarkən yolda keçinib.

 

958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber