Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Dekabr 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual:
Salam. Mən gecə namazı qılmaq qaydasını bilmirəm

Cavab:

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.

İlk 8 rükət gecənin nafiləsi niyyəti ilə qılınır - 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə "Fatihə" və "İxlas", 2-ci rükətdə "Fatihə" ve "Kafirun" surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, insana zülm verən zalımı cəzalandırması barədə də Allaha dua etmək olar. Hər iki rükətin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrət Fatimənin (ə) zikrini demək savabdır.

Sonra 2 rükət "Şəf'" namazı qılınır. 1-ci rükətində "Fatihə" dən sonra "Nas", 2-ci rükətində "Fatihə"dən sonra "Fələq" surələri oxunur, qunut tutulmaz.

Axırda 1 rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "ixlas" və 1 dəfə "Fələq" lə "Nas"surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər mominin bağışlanması üçhün dua edilir, sonra 70 dəfə istiğfar edilir, 7 dəfə "hazal-məqamul-aizu bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerine yetirilir.

Gecə namazı qılmağın savabı və fəziləti çoxdur və gecə namazını tərk etməkdənsə hər nəqədər imkan olsa o qədər qılmaq daha yaxşıdır. Əgər 11 rükəti qılmağa çətinlik çəkirsinizsə təkcə şəf və vitri (son 3 rükəti) qılın və vitrin qunutunda qısa deyə bilərsiz.

Allah sizə yar olsun.

975 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP