Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2014

42 nəfəri qətlə yetirən manyak tutuldu

Braziliya polisi Rio de Janeyro şəhərində son 10 il ərzində azı 40 nəfəri qətlə yetirdiyini etiraf edən şəxsi saxlayıb. “BBC”-nin verdiyi xəbərə görə, Saylson Joze das Qrasas adlı şəxs şəhər ətrafında idarə etdiyi avtomobillə yolu keçən qadını vurub öldürdükdən sonra həbs olunub.

Bir müddət sonra o daha 37 qadın, 3 kişi və 2 yaşlı qızı qətlə yetirdiyini etiraf edib. Qatil polis əməkdaşları ilə Globo telekanalında yayımlanan söhbəti zamanı “insan ovu”nu davam etdirmək niyyətində olduğunu və insanları “adrenalin” üçün öldürdüyünü bildirib.

O, azadlığa çıxdıqdan sonra qətlləri davam etdirmək niyyətində olduğunu bildirib.

Məlumata görə, polis cəsədlərin yerini müəyyənləşdirir. Hazırda hələ ki 4 meyitin aşkarlandığı bildirilir./apa/
901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat