Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2014

ABŞ-ın işgəncə növləri şok videoda

ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeni Mərkəzi Kəşfiyyat Agentliyinin 2001-ci il terror aksiyalarında sonra sorğu-sual metodlarının Av Evin istədiyi şəkildə həyata keçirdiyini bildirib.

Fox xəbər agentliyinə müsahibəsi zamanı Çeni deyib ki, bu proqram hücumun məsuliyyətini daşıyanların ələ keçirilməsi və bu kimi hücumlara bir daha yol verilməməsi məqsədi daşıyırdı.

O, agentliyin Senatın hesabatından sonra təndiq deyil, tərifə layiq olduğunu bildirib.

Çeni proqramda bəzi yanlışlıqlar olduğunu etiraf etsə də, rəsmilərin işgəncələrə yol verilməməsinə çalışdığını deyib.

ABŞ-ın sabiq vitse-prezidenti dindirilmə metodlarının gələcək hücumlara yol verilməməsində həyati mahiyyət daşıdığını deyib.

Əsasən Vaşinqtonun tənqid etdiyi dünya ölkələri isə Amerikanı insan haqlarını pozmaqda günahlandırır. Çinin Xarici İşlər Nazirliyi Amerikanı arbitrarlıqda ittiham edib. Rusiya və Pakistan da tənqidlərə səs verərək, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin dindirilmə texnikasını beynəlxalq qanunlara zidd adlandırıb.

2009-cu ildə hakimiyyətə gələndən sonra proqramı ləğv edən ABŞ dövlət başçısı Barak Obama qanun pozuntularının böyük yanlışlıq olduğunu və bu yanlışlıqların təkrar olunmamasının vacibliyini vuğulayıb.

Bu arada məlum olub ki, “Əl-Qaidə” terror təşkilatının üzvləri 11 sentyabr hadisələri ilə bağlı dindirilərkən sistematik işgəncələrdən istifadə edilib. Qalmaqallı işgəncə mexanizminin indi isə yeni detalları ortaya çıxıb. CIA-nın terrorçulara tətbiq etdiyi dəhşətli işgəncə proqramlarını hazırlayan şəxslərə isə ümümilikdə 81 milyon dollar ödənilib. 

ABŞ Senatının Kəşfiyyat komitəsi tərəfindən yayımlanan hesabatda, psixoloqlar üçün milyonlarla dollar ödəmə edildiyi bildirilib. Onlar arasında "Swigert" və "Dunbar" kod adlarıyla bilinən Ceyms Elmer Mitçell və Bryus Cessen adlı iki psixoloq xüsusilə ön plana çıxıb.

Hesabata görə, iki ekspert verdikləri xidmət çərçivəsində CIA-a hansı məhkuma necə işgəncə ediləcəyinə dair programlar hazırlayıb. "Swigert" və "Dunbar"ın hazırladığı işgəncə üsulları arasında məhkumun dar bir yerə bağlanılması, məhkumun su altında tutularaq havasız saxlanılması, məhkumlara körpə bezi bağlanması və saxta basdırma kimi üsullar da var.

Hesabata görə, sözügedən iki mütəxəssisə hər gün üçün üçün 1800 dollar ödəmə edilib.





1124 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber