Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2014

Arif Yunus vəkilsiz qaldı

Vəkillik fəaliyyətinə xitam verilməsi üçün bugünlərdə Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən məhkəməyə müraciət olunan Xalid Bağırov bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edirdi. Onlardan biri də politoloq Arif Yunusdur.

Qeyd edək ki, Xalid Bağırov Arif Yunusun yeganə vəkili idi. Bu isə o deməkdir ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Arif Yunus hazırda vəkilsiz qalıb. Başqa sözlə, dövlətə xəyanət, dələduzluq kimi ağır ittihamlar irəli sürülmüş Arif Yunus faktiki müdafiəsiz qalıb.

Xatırladaq ki, Arif Yunus tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusun həyat yoldaşıdır. Leyla Yunus iyulun 29-da, həyat yoldaşı isə avqustun 4-də həbs olunub.

“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı onların hər ikisini “vicdan məhbusu” elan edib. Yerli və beynəlxalq ictimaiyyət hesab edir ki, onlar insan haqlarının müdafiəsi sahəsində fəaliyyətlərinə görə cəzalandırılırlar.
830 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP