Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2014

"Qarabağ" Avropa Liqasında mübarizəni dayandırdı

Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilib. Turnirdə yeganə təmsilçimiz “Qarabağ” doğma meydanda İtaliyanın “İnter” klubu ilə qarşılaşıb. “İnter” qrup lideri kimi “pley-off”a vəsiqəni təmin etsə də, “Qarabağ” üçün son qarşılaşma həlledici idi.

Ağdam klubu qələbə qazanacağı təqdirdə “pley-off”a yüksələcəkdi. Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilərdi. Bunun üçün qrupun digər oyununda – “Dnepr” – “Sent Etyen” qarşılaşmasında bərabərlik qeydə alınmalı idi.

Lakin Ağdam klubu qələbə qazana bilmədi. Oyun 0-0 hesabı ilə başa çatdı. Oyunda mübahisəli məqam son anda Qarabağın İnterin qapısına vurduğu qol oldu. Hakim təmsilçimizin qolunu saymadı. “Dnepr” – “Sent Etyen” oyununda meydan sahiblərinin 1-0 hesablı qələbəsi Ukrayna klubunu növbəti mərhələyə yüksəltdi.
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.09.17, 07:56
Barizani təhdid olundu
Go to TOP