Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2014

Afinada İsrail səfirliyi atəşə tutuldu

Naməlum şəxslər cümə gününə keçən gecə Afinada İsrail səfirliyini atəşə tutublar, xəsarət alan olmayıb. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, atışma saat 03:20 radələrində işğalçı İsrail diplomatik missiyası qarşısından keçən iki sərnişinlə olan motosikletdən aparılıb. Ola bilsin ki, hücumda daha bir motosiklet də iştirak edib.

İlkin məlumatlara görə, cinayətkarlar Kalaşnikov avtomatından atəş açıblar, Frans Press agentliyi qeyd edir.

Hadisə Afinada İsrail və Fələstin münasibətləri arasında növbəti böhran fonunda İsrail hərbiçiləri ilə Fələstin naziri Əbu Ayna Zaydanın həlak olmasından sonra baş verib.
785 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:51
K