Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2014

«Hacı İbrahim məhkəmələri pulla alır»

"Mən dəfələrlə Prezident Administrasiyasına və hüquq-mühafizə orqanlarına müraciət etdim. Qazax rayonunda Baş prokuror Zakir Qaralovun və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin qəbulunda oldum. Onlar müraciətimi ədalətli şəkildə araşdıracaqlarına vəd verdilər. İdarənin araşdırması məhkəməyə göndərildi. Hacı İbrahim Nehrəmli məhkəmələri pulla aldı. Şikayətlərim rədd edildi".

Bu sözləri "Bizim Yol"a "Avesta" konserninin prezidenti Hacı İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimov tərəfindən aldadıldığını deyən Qazax rayon sakini Elşad Məmmədov bildirib.
O, təxminən üç il öncə Bakı şəhərində Hacı İbrahimə məxsus "Həsən 96" MTK-dan dəyəri 355 min manat olan iki mənzil alıb. Lakin mənzillərdən biri ondan xəbərsiz başqa vətəndaşa satılıb, biri isə şikayətçinin iddia etdiyinə görə "saxta məhkəmə" qaydasında əlindən alınıb.

38 yaşlı Elşad Məmmədov üç uşaq atasıdır: "Mənim iki evim ola-ola hazırda kirayədə qalıram. Hacı İbrahimdən etdiyim şikayətlərə görə, onun tərəfindən dəfələrlə təhdid və təhqir olunmuşam. Onunla bağlı hüquq mühafizə orqanlarına və Prezident Administrasiyasına etdiyim şikayətlər nəticəsiz qalıb. Hacı İbrahimin hakimiyyət orqanlarına təsir etmək imkanı var. Ona görə də ona toxunan yoxdur.
E.Məmmədov mənzilin geri qaytarılması uğrunda mübarizəsini davam etdirəcək. Onun "Həsən 96" MTK-dan aldığı iki mənzil barəsində müvafiq rəsmi sənədləri olsa da, tikinti şirkəti mənzilin Elşad Məmmədova məxsus olmadığını iddia edir.
829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber