Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2014

İŞİD videolarını MKİ studiyasında çəkib – Foto

İŞİD-in Suriyada əsir alınan jurnalist Ceyms Foleyin edam görüntülərini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli studiyasında lentə aldığı ortaya çıxıb.

Bu iddia ilə Türkiyənin “Vətən” qəzeti çıxış edib. Qəzetdə yer alan xəbərə görə, birdən-birə bütün dünyada məhşurlaşan bu təşkilatın yaranması və fəaliyyəti digər terror təşkilatlarından olduqca fərqlənir:

“İnternetdə bu təşkilatın MKİ-Mossad tərəfindən yaradılmış bir layihə olduğu ilə bağlı minlərlə yazı oxuya bilərsiniz. Sui-qəsd ekspertlərinin fikrincə, edam videoları studiyada hazırlanıb”.

Qəzet 2010-ci ildə “Vaşinqton Post” dərgisinin bu barədə məlumat verdiyini xatırladaraq, saxta videoların hazırlanmasının mümkün olduğunu bildirib:

“MKİ 2010-cu ildə Əlqaidə lideri Üsamə bin Ladenə bənzər bir aktyor vasitəsi ilə saxta video hazırlamışdı. Videoda bin Ladenin içki içməyi və homoseksual olduğu əks olunurdu. MKİ bu videonu İraqda yayaraq Əlqaidə daxilində parçalanma yaratmağa cəhd etdi. Ancaq bu alınmadı. ABŞ kəşfiyyatında məqsədə çatmaq üçün saxta video və fotoşəkillər hazırlamaq həmişə bir nəzəriyyə olub”.

Həmin bənzər görüntülərin İŞİD üzərində də sinaqdan keçirildiyini istisna etməyən qəzet terrorçuların maliyyə qaynaqlarının olmasına da diqqət çəkir:

“İndi də bənzər nəzəriyyələr bütün dünyaya qorxu salan İŞİD üçün keçərlidir. Bir anda yüzlərlə “Toyota” avtomobili ilə ortaya çıxan bu qara bayraqlı adamlar necə oldu ki, öz dövlətlərini quracaq qədər gücləndilər? Təşkilat üzvlərinə ayda 400 dollar verəcək qədər böyük maliyyə gücünə necə sahib oldular? Tank və digər ağır silahları Əsəd ordusundan aldılar və tez bir zamanda istifadə etməyə başladılar: bunu necə öyrənə bildilər? Necə olur ki, dünya mediası səviyyəsində və HD keyfiyyətdə videolar çəkə bilirlər?”

İŞİD-in əslində ABŞ-ın və İsrailin Yaxın Şərq hakimiyyətini təmin etmək üçün yaradılan bir təşkilat olduğu iddiasının getdikcə təsdiqini tapdığını deyən qəzet terrorçuların Mosulda bir məscid önündə yerləşən meydanda edam etdiyi peşmərgə əsgərinin videosunda da eyni texnologiyadan istifadə etdiyini qeyd edib:

“Görüntülərin studiya çəkilişi olması tam realdır. Yüksək səviyyədə montaj olunmaqla bu sezilmir. Yaponlar İŞİD-in MKİ-nın “greenbox” studiyasında illüstrasiya vasitəsi ilə videolar çəkdiyini artıq sübut edib”./axar/


1304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber