Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Dekabr 2014

Azərbaycanda baş verən yol qəzalarında 1023 nəfər ölüb - 83-ü uşaq olub

Bu il Azərbaycanda baş verən yol qəzaları ilə bağlı statistika açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, cari ilin 11 ayında respublika ərazisində 2429 yol qəzası baş verib. Nəticədə 1023 nəfər ölüb, 2452 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 217, ölüm sayı 38, yaralı sayı isə 309 fakt azalıb. Hesabat dövründə sərxoş sürücülər tərəfindən 53 yol qəzası qeydə alınıb. Nəticədə 28 nəfər ölüb, 60 nəfər yaralanıb.Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərxoş sürücülər tərəfindən törədilən hadisələrin sayı 20, ölüm sayı 1, yaralı sayı isə 28 fakt azalıb.
Bu il piyadaların vurulması ilə nəticələnən 917 yol qəzası baş verib. Nəticədə 344 nəfər ölüb, 644 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayı 93, ölüm sayı 20, yaralı sayı isə 84 fakt azalıb. Cari ilin ilk 11 ayında surət həddini aşma səbəbindən 690 yol qəzası qeydə alınıb. Nəticədə 349 nəfər ölüb, 566 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə surət həddinin aşınması səbəbindən törədilən hadisələrin sayı 77, ölüm sayı 31, yaralı sayı isə 93 fakt azalıb. Baş verən qəzaların 516-sı sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilib. Nəticədə 219 nəfər ölüb, 586 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilən qəza hadisələrin sayı 137, ölüm sayı 33, yaralı sayı isə 145 fakt azalıb.
Ötmə və qarşılıqlı hərəkət zolağına çıxma səbəbindən 11 ayda 792 yol qəzası baş verib. Nəticədə 308 nəfər ölüb, 947 nəfər isə yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qarşılıqlı hərəkət zolağına çıxma səbəbindən törədilən hadisələrin sayı 34, ölüm sayı 48, yaralı sayı isə 98 fakt azalıb.
Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 16 yaşına çatmış 83 uşaq ölüb, 222 -i isə yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 yaşına çatmış uşaqların yol qəzaların ölüm sayı 6 fakt artıb, yaralı sayı isə 36 fakt azalıb.
933 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber