Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2014

13 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 13-də hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 5-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Dekabrın 13-dən 14-nə keçən gecə qərb rayonlarından başlayaraq hava yağıntılı olacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti , gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Dekabrın 14-dən 16-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dekabrın 13-dən 14-nə keçən gecə şimal küləyi arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.
952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28