Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

"Milli Şura get-gedə daha da güclənir"

Eldəniz Quliyev: "Milli Şura get-gedə daha da güclənir"
"Milli Şura siyasi partiyaların nəzarətinə keçməsin deyə burada ziyalıların sayı daha da artırılmalıdır"

“Təəssüf ki, Müsavat partiyasının bəzi funksionerləri Milli Şurada həmsədrlik institutunun yaradılması fikirləri ətrafında süni ajiotaj yaradırlar.”

Bu sözləri İnterAz-a müsahibəsində Ziyalılar Birliyinin sədri və Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, ortada Milli şuranın sədri və yaradıcısı Rüstəm İbrahimbəyovun, eləcə də Şuranın prezidentliyə keçmiş vahid namizədi Cəmil Həsənlinin açıq-aşkar mövqeyi var. Rüstəm İbrahimbəyov həmsədrlik institutunun yaradılmasını və həmsədrlərdən də birinin Cəmil Həsənli olmasını istədiyi barədə müraciət edib. Şura üzvlərinin əksəriyyəti də bu müraciətə müsbət yanaşırlar.

Eldəniz Quliyev qeyd edib ki, Müsavatın atdığı addımlar şübhə doğurur. Onun fikrincə, Milli Şuranın müxalifi iqtidardır və Müsavatın bu addımları şübhə yaratmaya bilməz.

Ziyalılar Birliyinin sədrinin sözlərinə görə, Milli Şura millətin şurası olmaq üçün yaradılıb, hər hansı bir partiyanın yox. Ona görə də Milli Şurada ziyalıların önə düşməsi və sədrlik etməsi daha yaxşı olar. Ancaq bununla belə hər hansı məsələ ətrafında fikir ayrılığı olmasına da hörmətlə yanaşan və bunu demokratik mühitin göstəricisi sayan E.Quliyev bütün mövcud problemlərin Milli Şuranın sessiyasında müzakirə olunacağını bildirib.

Son günlərdə yaşananlar Milli Şuranın parçalanmasını göstərir və bu qurum tezliklə dağılacaq fikirlərinə gəlincə isə, E.Quliyev əksinə Milli Şuranın get-gedə gücləndiyini söyləyib.

Eldəniz Quliyevin sözlərinə görə, Milli Şura siyasi partiyaların nəzarətinə keçməsin deyə burada ziyalıların sayı daha da artırılmalıdır. Demokratik və kreativ düşüncəli insanları Şuraya cəlb etməyin, qarşıdan gələn bələdiyyə və parlament seçkilərinə hazırlaşmağın prioritetləri olduğunu deyən Milli Şura üzvü deyir ki, xalqın onlara olan ümidləri qırılmamalıdır.
2000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı