Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2014

Kerri ilə Lavrov bu dəfə Romada görüşəcəklər

Dekabrın 15-də Romada ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.

İTAR-TASS agentliyinin məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Mari Harf bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdəki vəziyyəti və İsrail-Fələstin münaqişəsinə dair BMT-nin son təşəbbüslərini müzakirə edəcəklər. Gündəmdə həmçinin Ukrayna böhranı və Suriya məsələsi də olacaq.
824 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP