Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2014

Amerikalıların işgəncə həvəsi

ABŞ-da əhalinin demək olar ki, yarısı Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncə metodlarını dəstəkləyir.

Rasmussen Reports bununla bağlı sorğu keçirib.

Sorğunun nəticələrinə görə, amerikalıların 47%-i MKİ-nin işgəncə metodlarını dəstəkləyir. Əhalinin 33%-i isə bunun əleyhinə, 20% isə bitərəf olub.

Bundan başqa sorğuda iştirak edənlərin 49%-i bildirib ki, MKİ-nin işgəncə metodları nəticəsində ABŞ terrorçular və onların tərəfdarları ilə bağlı qiymətli informasiyalar əldə ediblər.

Qeyd edək ki, avqust ayında isə eyni tipli sorğuda iştirak edənlərin 51% MKİ-nin işgəncə metodlarını dəstəkləmişdi./ans/
693 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber