Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2014

İŞİD uşaqlara təlim mərkəzi açdığını bildirib – FOTOLAR

Təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) uşaqları bundan öncə də müxtəlif əməliyyatlarda istifadə edirdi. Hazırda isə, uşaqlara hərbi təlim keçdikləri barədə fotoları yayımlamışlar.
Nur-az.com-un Fars News-a istinadlı məlumatına əsasən, İŞİD terrorçuları uşaqları terrorçu kimi yetişdirmək üçün Dəməşq ətrafında bir bazada onlara təlim keçir.
Bu fotolarda olan uşaqlar hərbi forma geyinmişlər. Onlar silahı qaldırmaq üçün bir-birlərinə kömək edirlər. İŞİD bu uşaqları “Xilafətin övladları” adlandırır. Bu uşaqların çoxu on yaşını başa vurmayıb.
Məscidin içərisində AK47 ilə təlim keçən İŞİD-çilər bu hərəkətlərinə “Allah yolunda cihad” adı verirlər.
Qeyd etmək lazımdır ki, beynəlxalq konvensiyalara əsasən, uşaqlardan müharibədə istifadə etmək, müharibə cinayəti sayılır və bu addımı atanlar beynəlxalq qanunlarla mühakimə olunmalıdırlar.

 


800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber