Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2014

Şamaxıda etiraz aksiyası: Camaat yolu bağladı

Sabir qəsəbəsinə təbii qazın verilişinin dayandırılması və icra başçısının yarıtmaz fəaliyyəti camaatı ayağa qaldırıb

Bu gün səhər saat 10:00 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsinin sakinləri Bakı-Şamaxı yolunun 115-ci km-lik hissəsini bağlamağa cəhd ediblər. Bu barədə rayon sakinləri məlumat veriblər.

Onların bildirdiyinə görə, etiraz aksiyasının keçirilməsinə səbəb rayonun icra başçısı Asif Ağayevin rayonda, xüsusən də qəsəbədə dözülməz vəziyyət yaratması və lazımi səviyyədə fəaliyyət göstərə bilməməsidir.

Onların qeyd etdiyinə görə, bu gün keçirilmiş aksiyanın bir başqa səbəbi də qış ayları olmasına rəğmən, Sabir qəsəbəsinə verilən təbii qazın dayandırılmasıdır. Hətta qəsəbə sakinləri qazın verilişinin dayandırılmasından ciddi təşviş hissi keçirirlər. Edilən şikayətlərə isə baxan yoxdur.

Məlumat verən sakinləri bildiriblər ki, aksiyaya polis müdaxilə edərək dağıdıb. Lakin etirazçılar təbii qazın qəsəbəyə verilişi bərpa olunmayacağı təqdirdə, aksiyanı Şamaxıda deyil, Bakıda Prezident Admnistrasiyasının qarşısında keçirəcəklərini hüquq müühafizə orqanlarının nəzərinə çatdırıblar./jam.az/
1083 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16,