Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Obama Netanyahunun zənglərinə cavab vermir

ABŞ lideri işğalçı İsrailin başçısı ilə İranla bağlı vəziyyəti müzakirə etmək istəmir

Dünya ABŞ prezidenti Barak Obama İsrailin baş naziri sionist Binyamin Netanyahunun telefon zənglərinə cavab vermir. ABŞ lideri İsrailin başçısıyla İranla bağlı vəziyyəti müzakirə etmək istəmir.

Ans-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Ərəb və İsrail mətbuatı yazır ki, Obamanın Netanyahu ilə danışmaq istəməməsinin səbəbi ABŞ-la İsrail liderləri arasında İranın nüvə proqramı məsələsi ilə bağlı fikir ayrılığıdır.

Məlumata görə, Obama bir neçə dəfə Netanyahuya cavab verməkdən imtina edərək zəngləri Con Kerriyə yönləndirməyə üstünlük verir. Yəhudi cəmiyyətinin nüfuzlu üzvləri liderlərarası bu fikir ayrılığını ört-basdır etməyə çalışırlar.

Bundan əvvəl, İsrail və Səudiyyə Ərəbistanının Cenevrədə razılıq əldə olunmayacağı təqdirdə İrana qarşı birlikdə hərbi əməliyyat planı hazırldıqları bildirilmişdi.
2061 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.05.17, 09:19
NÖVBƏTİ İNTİHAR
27.05.17, 09:17
YENƏ İNTİHAR
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA