Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2014

"Bütün xalqımızı vəhdətə çağırıram"

İslaminsesi.orq saytına zindandan göndərilmiş bir məktub daxil olub. AİP Qaradağ rayon komitəsinin gənclər təşkilatının əqidə və inancına görə 7 illlik həbsə məhkum olunmuş sədri Elimxan Hüseynov göndərdiyi bu məktubla bütün ölkə ictimaiyyətinə müraciət edib. Onun yazdığı sətirlərdə azadlıqdan məhrum edilmiş bir gəncin şikayətləri deyil, bu sınağa görə Allaha şükr edən imanlı, sarsılmaz əqidəli bir insanın ürək sözləri əks olunub:

-Bismillahir Rahmənir Rahim
Əl-Kəhfil Həsin!
Əl- Muztərril Mustəkin!
Ya Məhdi ədrikni!

Salaməleyküm, cəmiyyətin bütün üzvləri! Bu məktubu sizə məhbəsdən yazıram. Həmd olsun Allaha ki, bizi zindana saldı, zillətdən çıxarıb, izzətə apardı. Bizim apardığımız mübarizə İmam Hüseyn(ə) eşqindən qaynaqlanır.

İllər öncə baş verən Kərbəla hadisəsi və Kərbəladan əvvəl İmamın buyurduğu hədislər bu gün də öz təravətini itirmir, insanlara müsbət təsirini hər zaman göstərir. İmam Hüseyn(ə) qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı məktubda deyir:”Mən nə gəzib dolanmaq üçün Mədinədən yola düşürəm, nə də məqsədim yer üzündə zülm edib fəsad törətmək deyil. Mənim bu səfərim ancaq cəddimin ümməti arasında ədalətə nail olmaq üçündür.”

Bizim də öz ölkəmizdə apardığımız mübarizənin mahiyyəti məhz bu məqsədə söykənir. Biz mübarizə aparıb zülm və fəsad törətməyə çalışmadıq, əksinə zülm və fəsadın qarşısını alıb, insanların doğru-düzgün, halallıqla və əsil müsəlman kimi yaşamasını istədik.

İmam Hüseyn(ə) Kərbəladan əvvəl dualarının birində Allaha belə xitab edir:

”Pərvərdigara! Sən özün bilirsən ki, bizin mübarizəmizin məqsədi sənin dininin nişanələrini və İslami meyarları xalqa tanıdıb göstərməkdir. “

Bizim hədəflərimizdən biri də ölkəmizdə qanunsuzluqları, rüşvətxor və korrupsiyaçıları, monopoliya yaradanları, haramı halal adı ilə cəmiyyətə sırıyanları, qısaca desək, həqiqəti üzə çıxarmaqdır. Bu mübarizədə əziz həmvətənlərim, inanclı qardaşlarım, gəlin İmam Hüseyn(ə) ağanın tapşırıqlarına layiqli şəkildə əməl edək. Ağanın bu hədisi isə elə bilirəm ki, hamı üçün örnəkdir:

“Sözümü eşidin və daim yadda saxlayın. Gördüyünüz bu hökumət İslam hökuməti deyil. İslam peyğəmbəri Allahın göstərişi ilə özündən sonra, Əlini(ə) təyin etdi, amma müsəlmanlar onu qəbul etmədilər. Onlar yaranmış vəziyyətin və aparılmış təbliğatın təsirinə məruz qaldılar. Sonra, Müaviyə iş başına gəldi və İslam qanunlarına riayət etmədi.

Müaviyənin zülmlərini, İslami dəyərlərə hörmətsizlik etdiyini görmürsünüzmü?! Mənim sizə çatdırmaq istədiyim məqam var. Bu, haqq hökumət deyildir. Sözümü eşidin, qayıdın ölkənizə, əmin olduğunuz insanlar tapsanız, məni haqq olaraq qəbul etdikləri təqdirdə, söylədiklərimi onlara çatdırın.“

Mübarizə yolunu tutan və bu yolda irəli getmək istəyən insan bu tapşırığa layiqli şəkildə və dönmədən əməl etməldir. Müqavimət yolunda sirr saxlamaq, sınanmış insanlarla dostluq etmək, çox ehtiyatlı olmaq mühümdür. Əgər bunun əksi olsa, mübarizə və müqavimət fayda verməz. İlkin hazırlıqlar olmadan heç bir addın atmaq olmaz. Amma deyilən keyfiyyətlər əldə olunduqdan sonra mübarizəyə qalxmaq olar. Necə ki, İmam Hüseyn(ə) öz ətrafına mücahid insanları topladıqdan sonra Kərbəla yolunu tutanlara xitabən buyurur: “Əgər bir şəxs zalım bir sultanın zülm etdiyini görsə və ona müxalif olmasa, onu bu yoldan çəkindirməyə səy etməsə, Allahın haqqıdır ki, onu zalımlarla birlikdə cəhənnəmə daxil etsin.”

Biz AiP üzvləri olaraq özümüzü və xalqımızı islamçı kimi görmək istəyirik. Biz bütün islamçıların lideri hacı Mövsüm Səmədovun ətrafında İlahi vəhdətdə birləşməyi vacib bilirik. Bu mənəvi insandan ayrı düşmək onun dediklərinə əməl etməmək isə bizim uğursuzluğumuza səbəb olacaq.
1195 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı