Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

14 dekabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Dekabrın 14-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP