Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

“Windows 10” sisteminin təqdimatı olacaq

“Microsoft” korporasiyasının “Windows 10” adlandırılan yeni əməliyyat sisteminin təqdimatı yanvarın 21-də istehsalçının ABŞ-ın Redmond şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək.

Tədbirdə korporasiyanın baş direktoru Satya Nadella, əməliyyat sisteminin hazırlanmasına məsul Direktorlar Şurasının üzvləri Terri Mayerson və Co Belfior, "Xbox” platformasına cavabdeh Fil Spenser çıxış edəcəklər.

“Windows 10”-un bu versiyasında hibrid qurğu istifadəçilərinə kənar klaviaturaya ehtiyacın olub-olmamasından asılı olaraq iş rejimlərini asanlıqla dəyişməyə imkan verən "Continuum” funksiyası, həmçinin “Microsoft Cortana” səs köməkçisinin işi dəstəklənəcək.

“Microsoft”un yeni əməliyyat sisteminin təqdimatını 2015-ci ilin yanvarında keçirəcəyi noyabrın sonunda məlum olub. O da bildirilib ki, korporasiyanın tədbiri yanvarın 6-9-da Las-Veqasda keçiriləcək illik "CES 2015” sərgisindən ayrıca olacaq.

Qeyd edək ki, “Windows 10” ilk dəfə oktyabrın əvvəlində San-Fransiskoda qapalı tədbirdə nümayiş olunub. Yeni əməliyyat sistemi bütün növ qurğular, o cümlədən fərdi kompüter və smartfonlar üçün ümumi olacaq. Əlavələr mağazası da bütün sistem modifikasiyaları üçün eyni olacaq.

Korporasiyanın əməliyyat direktoru Kevin Ternerin sözlərinə görə, yeni əməliyyat sistemi bazara 2015-ci il yayın sonunda və ya payızın əvvəlində çıxarılacaq, - ictnews.az "NEWSru” -ya istinadən yazır.
850 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu