Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

Misirdə 438 nəfər barəsində ölüm hökmü çıxarıla bilər

Misirdə 2013-cü ilin yayında müxalifətin çıxışlarının yatırılmasında ittiham olunan 438 nəfər məhkəmə qarşısına çıxarılıb.

“Assoşieyted Press”in verdiyi xəbərə görə, məhkəmədə dinləniləcək Minya əyalətində 3 polisin qətli ilə bağlı birinci cinayət işi üzrə 139 nəfər məsuliyyətə cəlb olunub.

İkinci cinayət işi üzrə “Müsəlman qardaşlar”ın 299 tərəfdarı məhkəmə qarşısına çıxarılacaq. Onların Damanhur şəhərində polislə toqquşmalar zamanı 5 nəfərin ölümü ilə əlaqəli olduğu bildirilir.

Bundan əvvəl məhkəmə 13 polisin ölümündə təqsirli bilinən 188 nəfər barəsində ölüm hökmü çıxarıb./apa/
1021 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.01.17, 11:09
ABŞ BMT-ni tərk edir!
23.01.17, 09:32
Kişi söhbəti
22.01.17, 11:59
Azərbaycanda Azadlıq
Go to TOP