Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

Mobil telefonların zərəri

Mançester Universiteti (Böyük Britaniya) alimlərinin iddiasına görə, mobil telefonların elektromaqnit şüalanması insan sağlamlığına heç bir zərər yetirmir. Mövzu ilə bağlı tədqiqatlar “Journal of the Royal Society Interface” jurnalında əksini tapıb.

Alimlər mobil qurğuların elektromaqnit sahələrinin sonsuzluq, xərçəng, həmçinin uşaqlarda leykemiya xəstəliyinin yaranmasına səbəb olması ilə bağlı ehtimalları yoxlamaq qərarına gəliblər. Hesab edilir ki, bu sahələr insan orqanizmində həyat üçün əhəmiyyətli olan zülalları zədələyir. Həkimlər hər ehtimala qarşı mobil telefonla saatlarla danışmağı məsləhət görmür.

Kimyaçı-alimlər zəif maqnit sahəsinin flavoproteinlərə - sinir sisteminin idarə edilməsi və DNT-nin bərpasında vacib rol oynayan zülallara təsirini öyrəniblər. Aydın olub ki, şüalanma onların fəaliyyətinə heç bir təsir göstərmir.

Məqalə müəlliflərindən biri Naycel Skratton bildirib ki, sözsüz ki, əlavə tədqiqatların aparılmasına ehtiyac var, lakin araşdırmalar mobil telefon və bu kimi qurğuların insan üçün təhlükəsiz olduğunu yetərli qədər qəti şəkildə təsdiq etməyə imkan verir.

Qeyd edək ki, Britaniyanın Əhali Sağlamlığının Mühafizəsi Agentliyinin (səlahiyyətinə ölkə vətəndaşlarının infeksion xəstəliklərdən, zəhər və radiasiyadan qorunması kimi məsələlərin daxil olduğu müstəqil ictimai təşkilat) 2010-cu ildə apardığı tədqiqatlar da mobil telefon, baza stansiyaları və Wi-Fi şəbəkəsinin insan sağlamlığına zərəri haqda heç bir inandırıcı sübut əldə edə bilməmişdir. Buna baxmayaraq, bir çox təşkilatlar tədqiqatların davam etdirilməsinin tərəfdarıdır. Çünki, dəqiq nəticələrin əldə olunması uzun illərin müşahidəsini, araşdırmasını tələb edir./ans/
895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi