Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

Rusiya ABŞ-ı cavab sanksiyaları ilə hədələdi - rəsmi

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Vaşinqton Moskva üzərinə yeni sanksiyalar tətbiq edərsə, Rusiya buna cavab tədbirləri ilə reaksiya göstərəcək.

ABŞ Konqresi Rusiyanın silah şirkətlərini və yüksək texnologiyalı neft layihələrinin investorlarını hədəfləyəcək yeni sanksiyaları artıq hazırlayıb, lakin sanksiyaların qüvvəyə minməsi üçün onları prezident Barack Obama imzalamalıdır.“Biz bunu cavabsız qoya bilməyəcəyik, - deyib Ryabkov.

Rusiya rəsmisi cavab tədbirlərinin nədən ibarət olacağı barədə təfərrüatları açıqlamayıb.

Rusiya Krımı ilhaq edəndən bəri Vaşinqtonla Moskva arasındakı münasibətlər Soyuq müharibədən bu yana ən yüksək gəginliyinə çatıb.

Qərb israr edir ki, Rusiya Ukraynanın şərqindəki separatçıları silah-sursat, hərbi texnika və canlı qüvvə ilə təchiz edir. Rusiya bu iddiaları danır.

ABŞ və Avropa İttifaqı Rusiyanın Ukrayna münaqişəsindəki roluna görə artıq Moskva üzərinə çoxsaylı sanksiyalar qoyub.

Bundan əvvəlki sanksiyalara cavab olaraq Rusiya Qərb ölkələrindən meyvə-tərəvəzin idxalını qadağan edib.

Rusiya Konqresin ötən cümə qəbul etdiyi “Ukrayna Azadlığına Dəstək Haqqında Qanun”u qətiyyətlə pisləyib.
818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28