Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

Ukraynada ölənlərin sayı 4500-ü keçib

Ukraynanın şərqində hökumət qüvvələri və rusiyapərəstlər arasında baş verən münaqişədə 4 min 634 nəfər həlak olub, 10 min 243 nəfər yaralanıb.

Bu haqda BMT-nin humanitar məsələlər üzrə koordinasiyası idarəsinin dekabrın 7-nə olan məlumatında bildirilir.

Dekabrın 12-də yayılan sənəddə bildirilir ki, bir milyondan artıq şəxs öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Hazırda münaqişə zonasında 5 milyondan artıq şəxsin yaşadığı qeyd olunur.
791 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 10:54