Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

Ərbəin zəvvarlarının sayı 19 milyonu keçdi - FOTOLAR

Nur-az.com-un Fars News-a istinadla verdiyi məlumata əsasən, indiyə qədər 19 milyon İmam Hüseynin (ə) ərbəin zəvvarı artıq özlərini Kərbəla şəhərinə çatdıra bilmişlər. Şəhər rəhbərliyi bu sayda ziyarətçinin daha öncə görünməmiş olduğunu bildirmişdir.
Bu il bütün illərdən fərqli olaraq təhlükəsizlik riskinin daha çox artdığına baxmayaraq, bu nəinki zəvvərların gəlişinə mane olmamış, hətta İmam Hüseynin (ə) ziyarətçilərinin sayı daha da artmışdır.
Fərat News-un verdiyi məlumata görə, dünyanın 60 ölkəsindən olan ziyarətçilər Kərbəla şəhərinə gəlmişlər. Xarici ziyarətçilər əsasən İran, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, İordaniya, Suriya, Əlcəzair, Tunis, Misir və bəzi Afrika ölkələrindən olmuşlar.
Bu arada İraq ali İslam məclisinin baş katibi Seyid Əmmar Həkim Kərbəla əzadarları ilə görüşdə jurnalistlərə deyib: Milyonlarla Ərbəin ziyarıtçisinin Kərbəlaya gəlişi İŞİD-ə açıq-aydın siyasi mesajdır. Əhli-beyt (ə) sevərlər həmişə hazır və meydandadırlar.





1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12