Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

Buş prezident olmaq istəyir

ABŞ-ın sabiq prezidenti Corc Buşun qardaşı prezident olmaq istəyir.

Florida ştatının sabiq qubernatoru Ceb Buş, artıq demək olar ki, 2016-cı ildə prezident postuna öz namizədliyinin irəli sürülməsinə qərar verib.

Washington Post qəzeti onun bu barədə yaxın bir ay ərzində elan edə biləcəyini yazıb. Qəzet hesab edir ki, əgər Ceb Buş yanvar ayında prezident postu uğrunda mübarizə aparmaq qərarını açıqlasa və ya şanslarını öyrənmək üçün komitə yaratsa, onda o, öz potensial rəqibləri ilə müqayisədə daha əlverişli vəziyyətdə olacaq.

Qəzetin qeyd etdiyinə görə, ABŞ-da artıq 2016-cı ildə seçkilərdə iştirak etmək üçün donorların pulları və ən yaxşı polittexnoloqlar üzərində gizli mübarizə başlayıb.
982 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP