Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

"Bu NATO-nun kəşfiyyat təyyarəsi olub"

Rusiya tərəfindən İsveç səmasında baş verən insidentlə bağlı açıqlama gəlib. Rusiyanın Müdafiə Nazirliyi sərnişin və hərbi təyyarələrin yaxınlaşmasının təhlükəli olması haqda olan məlumatı təkzib edib.

Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiyaya məxsus təyyarə Kopenhagendən uçuş edən sərnişin təyyarəsinin uçuş yolunun 70 kilometrliyində hərəkət edib. O, uçuş məkanında sərnişin və hərbi təyyarə ilə yanaşı daha birinin də olduğunu deyib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu NATO-nun RC-135 kəşfiyyat təyyarəsi olub. Təyyarəni Rusiyanın hava nəzarəti vasitələri aşkar edib.

Qeyd edək ki, boyük ictimai rezonans yaradan insident 12 dekabrda İsveçin Malmyo şəhərinin cənubunda Baltik dənizi akvatoriyasında baş verib. Bu gün İsveç səmasında nadir insident baş verib. Danimarkaya aid Kastrup (Kopenhagen) aeraportundan uçan sərnişin təyyarəsi birdən peyda olan hərbi təyyarə ilə toqquşma təhlükəsi yaşayıb.

Sərnişin təyyarəsi uçan zaman hərbi hava qüvvələri onun üzərində “görünməz” daha bir təyyarənin olduğunu müəyyən edir. Həyəcan qaldırıldıqdan sonra İsveç və Danimarka qırıcıları havaya qaldırılır.

Hərbi-hava qüvvələrindən hadisəni belə şərh ediblər: “Hərbi təyyarə transpondyora (aviadispetçer tərəfindən təyyarənin identifikasiyası üçün nəzərdə tutulan qurğu) malik olmayıb. Lakin biz onu aşkar edə bildik və tez mülki aviasiyanı idarə edən qurumlara xəbər verdik. Hərbi təyyarə çönür və düz sərnişin təyyarəsi ilə üz-üzə gəlir. Əvvəlcədən xəbərdar edilən sərnişin təyyarəsi istiqamətini dəyişməkdə bir dəqiqə geciksəydi faciə baş verərdi”.

İnsidentin təsadüf olub-olmaması məlum deyil. Lakin İsveç müdafiə naziri Peter Qultkvist hadisəni Rusiyanı təxribatı kimi qiymətləndirib: "Hərbi təyyarə Rusiya üçün növbəti təxribat yönümlü uçuşunu həyata keçirirdi. Söhbət Rusiyanın SIGINT-dən gedir. Biz onu İsveç qırıcıları vasitəsilə identifikasiya edə bildik. Bu qeyri-ciddidir. Bu yersizdir. Bu təhlükəlidir”.
1031 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber