Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2014

Müsavat Partiyasının mitinqi baş tutub - FOTOLAR

Müsavat Partiyasının Bakıda, Məhsul stadionunda mitinqi başlayıb. Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə “Siyasi məhbuslara azadlıq!” şüarı altında keçirilən mitinqi Müsavatın başqan müavini Səxavət Soltanlı giriş sözü ilə açıb. O, bildirib ki, mitinqin məqsədi həbs edilmiş siyasi məhbusların azadlığıdır. Meydandakılar onun çıxışına “Azadlıq!” şüarları ilə dəstək verib. 
Daha sonra mitinqdə Azərbaycanın dövlət himni səsləndirilib və sonra çıxış üçün söz Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə verilib.

İsa Qəmbər İnsan Haqları Gününün tarixindən danışaraq bildirib ki, ölkədə həbs edilən siyasi məhbusların azadlığa çıxması üçün davamlı mübarizə aparılmalıdır: “Həbsdə olanların sayı-hesabı yoxdur. O adamları həbs edirlər ki, onlar haqqı-ədaləti deyirlər. Onların hamısına qarşı hakimiyyət total bir mübarizə aparır”.

Azərbaycanda dəyişikliyin labüd olduğunu bildirən İ.Qəmbər deyib ki, amma bu, öz-özünə olmayacaq: “Bunun üçün fədakarlıq lazımdır, mübarizə aparmaq lazımdır”.

İ.Qəmbər bildirib ki, haqq-ədalət yolunda olan insanlar hər zaman qalib gəlirlər: “Biz buna inanmışıq. Azərbaycan xalqının azad, ədalətli, ləyaqətli yaşamaq haqqı var. Mən bu mübarizədə xalqımızın qələbəsinə inanıram və mübarizəyə davam etməyə səsləyirəm”. 

Həbsdə olan müsavatçılar Sirac və Fərəc Kərimli qardaşlarının atası Raqif Kərimli də mitinqdə çıxış edib. O, bildirib ki, azadlıq uğrunda mübarizə davam etməlidir. Həbsə olanlara əfvlə bağlı təzyiqlər olunduğunu deyən R.Kərimli qeyd edib ki, azadlığı sədəqə kimi verməzlər: “O insanların günahı yoxdur, niyə əfv istəməlidirlər ki?”. 

Aksiyada Güneyli Azərbaycan mühacirlərinin müraciəti də səsləndirilib. Müraciətdə bildirilir ki, güneyli mühacirlər 20 ildən artıqdır ki, Azərbaycanda yaşasalar da, hüquqlarını tələb edə bilmirlər: “Burada bizim hüquqlarımız tam şəkildə tapdalanır. Biz hüquqlarımızın bərpasını istəyirik”. (musavat)




















1102 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber