Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

İŞİD Avstraliyada 10 nəfəri girov götürdü

İraq və Suriyada fəaliyyətə başlayan və bütün dünyanın başına bəla olan İŞİD terror qruplaşması barədə növbəti şok iddia yayılıb.

Avstraliyanın Sidney şəhərində İŞİD qruplaşmasının üzvləri kafelərdən birində 10 nəfəri girov götürüb.

Hadisə şəhərin mərkəzindəki “Martin Place” prospektində fəaliyyət göstərən “Lindt” kafedə baş verib.

Şahidlərin bildirdiyinə görə, pəncərənin qarşısında dayanan girovların əllərində İŞİD bayraqları var və onlar bu bayraqları yelləməyə məcbur edilirlər.

Terrorçuların 2 nəfər olduğu, təhlükəsizlik səbəbindən ətrafda olan yaşayış binalarının təxliyyə olunduğu bildirilib./ans/
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44