Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

Qışda xəstələnməmək üçün bunu etməlisiniz

Cəmi 50 qəpiyə evdə vitamin kokteyli
Sağlam həyat tərzinə kompleks yanaşmaq lazımdır. Orqanizmi həm xarici, həm də daxili təhlükələrdən qorumaq gərəkdir. Qışın şaxtaları sizi xəstələndirməsin deyə ev şəraitində hazırlana biləcək faydalı vitamin kokteyli reseptini təqdim edirik:

İnqredientlər:

- 1 ədəd alma;

- 1 ədəd kök;

- 2 ədəd çuğundur;

- Zəncəfil şirəsi;

- 1 paket C vitamini (askorbin turşusu);

Şirə çəkən maşında bütün inqredietlərin şirəsini çəkirik və qarışdırırıq. Alınan mayeyə bir qədər askorbil turşusu əlavə edirik. Bu liksiri yorğunluğun aradan götürülməsi, taqətsizlikdən xilas olmaq və immuniteti qaldırmaq üçün istifadə edə bilərsiniz.

Kokteylin tərkibindəki çuğundur şirəsi yaddaşı yaxşılaşdırır, damarda qanın daha yaxşı axmasını təmin edir.

Kokteylin hazırlanması cəmi 10 dəqiqə vaxtınızı alacaq. Qiyməti isə 50 qəpikdən çox olmayacaq.
1030 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33