Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

Atəşkəs rejimi ümumilikdə 108 dəfə pozulub

Müdafiə Nazirliyi bildirir ki, son iki sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 108 dəfə pozulub.

MN-in saytının verdiyi məlumata görə, dekabrın 14-də erməni silahlı bölmələri tərəfindən Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Qaraqaşlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri 53 dəfə atəşə tutulub.

Dekabrın 15-də isə atəşkəs rejimi 55 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində, İcevan rayonunun Berkaber və Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Mərzili, Sarıcalı, Kəngərli, Şuraabad, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
1038 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber